Haqlarında ölüm xəbərləri yayılan ukraynalı əsgərlər geri döndülər

2017/11/267623_1511607097.jpg
Oxunub: 393     18:46     25 Noyabr 2017    
Ukrayna ordusunun iki əsgəri Krım yaxınlığında baş verən hücumdan sonra geri döndülər.

Ordu.az “112.international” saytına istinadən xəbər verir ki, Donbasdakı Terrorla Mübarizə Əməliyyatı qərargahının mətbuat mərkəzi, haqlarında ölüm xəbərləri yayılan iki əsgərinin hücum zonasından öz hərbi hissələrinə geri döndüyünü açıqlayıb.

“Donbas münaqişə zonasından şad xəbər var. Ukrayna Silahlı Qüvvələrinin iki əsgəri Krım yaxınlığında düşmənlə baş verən qarşıdurmadan sağ-salamat geri dönüblər. Bunu onların hərbi təcrübələrinə və təlimlərinə borcluyuq”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, daha öncə Krım yaxınlığındakı qarşıdurmada 4 Ukrayna əsgərinin həlak olması barədə məlumat verilirdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin