Ordu.az xarici KİV-lərə istinadən xəvər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyada amerikalı müttəfiqlərin dəstəklənməsi məsələsinə dəyişikliklər etməyə hazırlaşan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana çağırış edib.
“Tramp Ərdoğanı Suriyada hərbi dəstəyə dair düşəlişlərin edilməsinin müzakirə olunması barədə məlumatlandırıb”, - deyə Ağ Evin məlumatında bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Tramp ABŞ və Türkiyə arasında strateji əməkdaşlığın mövcudluğunu da təsdiq edib. Bu ilk növbədə regional stabilliyin pozulmasına səbəb olan bütün terror təşkilatları ilə mübarizəyə aiddir.
“Liderlər ABŞ hərbi avadanlıqlarının alınması məsələsini də müzakirə ediblər”, - deyə Ağ Evin məlumatında bildirilir.
Ağalar Qəribov
Ordu.az