Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
“İki lider Türkiyə-Birləşmiş Ştatlar əlaqələrinin möhkəmlənməsinin vacibliyini qeyd edərək İŞİD, PKK və FETO-nun da aid olduğu bütün terror qruplaşmalarına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər”, - deyə Türkiyə prezidentinin saytında bildirilir.
Qeyd olunur ki, prezidentlər həmçinin Suriya məsələsi üzrə Soçi sammitinin nəticələri, Suriya böhranı, regional problemlər və ikitərəfli əlaqələri müzakirə ediblər.
Ağalar Qəribov
Ordu.az