Misirdə terror qurbanlarının sayı 235-ə çatıb – FOTOLAR (Yenilənib)

2017/11/23949497_1069412713201676_11687714_o_7557659970.jpg
Oxunub: 669     22:00     24 Noyabr 2017    
Misirin Sina yarımadasında yerləşən məsciddə bu gün baş verən partlayışda həlak olanların sayı 235-ə, xəsarət alanların sayı isə 120-yə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “CBC Extra” telekanalı məlumat yayıb.

Partlayışla əlaqədar Misirdə üçgünlük matəm elan olunub.

*****

Şimal-şərqi Sina yarımadasında məscidin bombalanması və silahlı hücum nəticəsində həlak olanların sayı 85-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Misir dövlət agentliyi “MENA” məlumat yayıb.

Agentliyin məlumatına görə, əl-Ariş vilayətinin mərkəzi Şimali Sinanın 40 kilometrliyində yerləşən Bir əl-Əbd qəsəbəsindəki əl-Rəvda məscidinə edilən hücum nəticəsində 80 nəfər də yaralanıb.

Daha öncəki məlumatlarda xəsarət alanların sayının 150 nəfər olduğu bildirilirdi.

Rəsmilərin daha əvvəl verdiyi məlumata əsasən, yol kənarında dayanan 4 nəqliyat vasitəsində olan silahlı şəxslər cümə namazı qılınarkən məscidi bombalayıb və insanlara atəş açıblar.









Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Terror  


Bizi "telegram"da izləyin