Ordu.az “insidesyriamc.com” saytına istinadən xəbər verir ki, Suriya ordusu cümə axşamı ərzində Fərat çayının qərb sahilinin Əbu Kamal və əl-Məyadin arasında yerləşən İŞİD mövqelərinə zərbələr endirilib.
Hökumət qoşunları əl-Cədlə, əl-Düveyr, Səbixan və Qəribə yaşayış məskənləri üzərində nəzarəti bərpa edib. Suriya ordusu həmçinin, Fərat çayının qərbindəki Dəbilan kəndinin cənub hissəsi ilə əl-Dəhiyə şəhəri arasında yerləşən bütün kənd və rayonlardan İŞİD terrorçularını çıxarıb.
Bölgədəki mənbənin sözlərinə görə, noyabrın 22-də Suriya qoşunları şərqi Deyr əz-Zordakı İŞİD terrorçularının mühasirəsini tamamlamaq üçün eyni zamanda iki fərqli istiqamətdə əməliyyatlara başlayıb.
Hal-hazırda Suriya ordusu Fərat çayının şərq sahili boyunca yerləşən bir neçə kiçik qəsəbələrə zərbələr endirir.
Ağalar Ağalarlı
Ordu.az