Ordu.az “Habertürk” talakanalına istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlər qarşısında çıxış edərkən bildirib.
“Sabah nə baş verməyindən asılı olmayaraq, hər şey şəraitdən asılıdır. Siyasət qapıları son anadək açıq olaraq qalır”, - deyə Ərdoğan jurnalistin Ankara və Dəməşq arasında əlaqələrin qurulması barədə sualını cavablandırarkən qeyd edib.
Bununla belə, Türkiyə prezidenti vurğulayıb ki, hazırda Dəməşqlə hər hansı danışıqlar həyata keçirilmir.
Ağalar Qəribov
Ordu.az