Çin XİN: KXDR-ə qarşı sanksiyalar sərtləşdiriləcək

2017/11/lu_kang435345_1510746430.jpg
Oxunub: 466     19:45     15 Noyabr 2017    
Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinlə ABŞ prezidenti Donald Tramp arasında KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi barəzə razılaşma yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada tətbib ediləcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Çin Xarici İşlər Nazirliyinin mütəmadi olaraq jurnalistlər üçün keçirilən birifinqində nazirliyin rəsmi nümayəndəsi Gen Şuan bildirib.

“Artıq qeyd etmişəm ki, Çin hər hansı ölkənin öz qanunvericiliyi əsasında digər dövlətə münasibətdə tətbiq etdiyi istənilən birtərəfli tədbirlərə qarşı çıxış edir. Bu mövqe birmənalıdır”, - deyə o, jurnalistlərin Tramp və Tsinpinin KXDR məsələsinə dair razılaşmasında dair verilən suala cavab olaraq qeyd edib.

“Və Çinin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsdiq edilən sanksiyalardan başqa tədbirlər görməyəcəyi məsələsində etdiyiniz təxminlə doğrudur”, - deyə Gen Şuan jurnalistlərə bildirib.

Pekinin rəsmi mövqeyi Koreya yarımadasında vəziyyətin sülh yolu ilə tənzimlənməsinə yönəldib və cari bəyanat məhz bununla izah edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   KXDR   BMT   Sanksiya  


Bizi "telegram"da izləyin