Putin və Tramp nəhayət görüşdü - FOTO

2017/11/23439489_1061805953962352_976444979_n34534_1510323982.jpg
Oxunub: 486     22:25     10 Noyabr 2017    
Putin və Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində görüşüblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində ABŞ prezidenti Donald Trampla görüşüb və onlar qısa zaman kəsiyində söhbətləşiblər.

Liderlər bu fürsəti milli kostyumlarla foto çəkdirmək mərasimində əldə ediblər.

Qısa fikir mübadiləsi apardıqdan sonra Tramp foto üçün Rusiya prezdentinin sağ tərəfində durub. Mərasim bitdikdən sonra, liderlər dağılışarkən Tramp asta şəkildə Rusiya prezidentinin sağ çiyninə toxunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin