Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, digər ölkələrin hava qüvvələri həftə ərzində Rusiya sərhəddində 18 kəşfiyyat xarakterli uçuş həyata keçiriblər. Bu uçuşlardan 12-si Rusiyanın qərb strateji istiqamətində, ikisi isə arktik istiqamətdə gerçəkləşdirilib. Rusiya müdafiə nazirliyinin məlumatına görə, Rusiyanın dəniz sərhədləri boyunca üç gəmi kəşfiyyat xarakterli tədbirlər həyata keçirib.
Məlumatda həmçinin qeyd edilir ki, Aerokosmik Qüvvələrin qırıcıları xarici kəşfiyyatçı təyyarələri zərərsizləşdirmək məqsədilə, 8 dəfə havaya qalxıb.
Ağalar Qəribov
Ordu.az