İran və BƏƏ ticarət əməliyyatlarını bərpa edib

2026/06/1782569463.jpg
Oxunub: 192     17:14     27 İyun 2026    
İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Cəbəl Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İram mediası məlumat yayıb.

"İranın Ticarətin İnkişafı Təşkilatının Ticarət Xidmətləri üzrə direktor müavini İran və BƏƏ arasında Cəbəl Əli limanı vasitəsilə ticarət əlaqələrinin bərpa olunduğunu elan edib", - məlumatda deyilir.

Cəbəl Əli limanı BƏƏ ərazisində yerləşən cənubi Fars körfəzindəki ən vacib limanlardan biridir və BƏƏ ilə İran arasında ticarətin əsas hissəsinin keçdiyi ən vacib tranzit mərkəzlərindən biridir.

28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail hərbi əməliyyatı nəticəsində Cəbəl Əli limanı vasitəsilə ticarət əməliyyatları dayandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BƏƏ  


Bizi "telegram"da izləyin