Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin məlumatına görə, bununla yanaşı, Paşinyan komanda daxilində daha bir mühüm vəzifəni də qadın siyasətçiyə həvalə etməyi planlaşdırır.
“Paşinyan komandasındakı kişilərin üzərində rəhbər vəzifəyə də qadın gətirmək qərarına gəlib. Aktiv şəkildə müzakirə olunur ki, “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbərliyi də qadın deputata həvalə ediləcək”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, hazırda müzakirə olunan ehtimallardan birinə əsasən, həmin vəzifəyə Arusyak Culhakyan təyin oluna bilər.
“İravunk” nəşrinin iddiasına görə, bu ssenari partiya daxilində ən çox müzakirə olunan variantlardan biri hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az