Qrossi: "İranda yoxlamaları bərpa etməyə hazırıq"

2025/06/1750433379.jpg
Oxunub: 162     09:22     26 İyun 2026    
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İran arasında əldə olunmuş razılaşmalar çərçivəsində yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi Yaponiyanın Milli Mətbuat Klubunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında əldə edilən anlaşma memorandumu sənədin nüvə hissəsinin icrasına beynəlxalq nəzarəti nəzərdə tutur ki, bunu da AEBA həyata keçirəcək.

"Nəzarəti həyata keçirmək üçün yoxlamalar aparmaq lazımdır - başqa yol yoxdur. Texniki işlərə artıq başlanılıb və biz yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq", - Qrossi qeyd edib.

İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının olduğu yeri şərh edən agentliyin rəhbəri bildirib ki, AEBA-nın qiymətləndirməsinə görə, onlar böyük ehtimalla 2025-ci ilin iyun ayında olduqları yerdə qalmaqdadır.

"Ehtiyatların böyük bir hissəsi Fordodakı obyektdə, qismən də Natanzdadır. Lakin bunu təsdiqləmək üçün obyektlərə giriş əldə etməliyik", - o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   İran   AEBA  


Bizi "telegram"da izləyin