Dunkan Norman: "Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir"

2026/06/1782460024.jpg
Oxunub: 251     11:31     26 İyun 2026    
London Bakı ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır", - diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norman   Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin