Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, Rüttenin açıqlamaları İtaliyada kəskin reaksiyaya səbəb olub. Baş nazir Corcia Meloni ölkəsinin İrana qarşı müharibəyə qoşulmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Roma operativ şəkildə NATO Baş katibinin fikirlərindən uzaqlaşıb. İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib ki, Mark Rütte “tamamilə yanlış yönləndirici mesaj” verib və icazə verilmiş dəstək uçuşlarını döyüş əməliyyatları ilə səhv salıb.
Nazir qeyd edib ki, İtaliya Konstitusiyaya, beynəlxalq müqavilələrə və ölkə ərazisində yerləşən müttəfiq bazalarının istifadəsini tənzimləyən razılaşmalara tam uyğun fəaliyyət göstərib.
“Parlamentdə artıq izah edildiyi kimi, hökumət yalnız texniki, logistik və döyüş xarakteri daşımayan əməliyyatlara icazə verib”, - deyə müdafiə naziri bildirib.
İtaliyada ABŞ-nin təxminən 120 hərbi obyekti, o cümlədən Siciliyadakı “Siqonella” hərbi-dəniz aviasiya bazası və ölkənin şimalındakı “Aviano” aviabazası yerləşir.
“Biz müharibə vəziyyətində deyilik və belə bir müharibəyə qoşulmaq istəmirik”, - deyə Baş nazir Corcia Meloni bildirib.
O əlavə edib ki, Roma 1954-cü ildən qüvvədə olan və bazalardan yalnız logistik və döyüş xarakteri daşımayan əməliyyatlar üçün istifadəyə imkan verən ikitərəfli sazişlərin şərtlərinə sadiq qalacaq.
Mark Rüttenin açıqlamalarından sonra müxalifət liderləri hökumətdən yeni izahat tələb ediblər.
“Yaşıllar və Solçular” alyansının siyasətçisi Nikola Fratoyanni isə bildirib ki, ya hökumət parlamenti çaşdırıb, ya da Mark Rüttenin “gün vurub”.
Sevinc Əliyeva
Ordu.az