Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrin mənbələrinin iddiasına əsasən, görüş son dərəcə gərgin atmosferdə keçib və tərəflər arasında kəskin fikir ayrılığı yaşanıb.
“Görüş iştirakçıları Paşinyana indiki idarəetmə üsulunun davam etdirilməsinin mümkün olmadığını çatdırmağa çalışıblar. Onların sözlərinə görə, baş nazir getdikcə avtoritar idarəçiyə çevrilir. Onlar bildiriblər ki, bu gün avropalılar baş verənlərə münasibət bildirməsələr və göz yumsalar da, sabah bu proseslər həm Paşinyanın, həm də onu hər vasitə ilə dəstəkləyən liberal qanadın əleyhinə işləyəcək”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, səsləndirilən narahatlıqlara cavab olaraq Paşinyan qərarları yalnız özünün verdiyini, nəyi necə edəcəyinə yalnız özünün qərar verəcəyini açıq şəkildə bildirib.
“Məlumata görə, bu cavab “elçilər” adlandırılan görüş iştirakçılarının ciddi narazılığına səbəb olub. Hətta “Respublika” Partiyasının sədri Aram Z. Sarkisyan əsəbiləşərək siyasətdən gedəcəyini söyləyib”, - deyə məlumatda vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az