NASA astronavtları "Canadarm2" manipulyatorunun təmiri üçün açıq kosmosa çıxacaq

2026/06/1782186956.jpg
Oxunub: 244     05:22     23 İyun 2026    
Beynəlxalq Kosmik Stansiyasının (BKS) heyət üzvləri - amerikalı astronavtlar Kristofer Uilyams və Cessika Meir iyunun 30-da "Canadarm2" manipulyatorunun qolunu təmir etmək üçün açıq kosmosa çıxacaqlar.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) xəbər verib.

Astronavtlar may ayının sonlarında nasazlıqlar aşkar etdikləri üçün Uilyams və Meir robot qolun biləyindəki "oynağ"ı dəyişdirməli olacaqlar. Bu, Uilyamsın kosmosa ikinci, Meirin isə beşinci kosmosa çıxışı olacaq.

"Canadarm2" BKS-in ABŞ seqmentində Kanadanın robotlaşdırılmış sistemidir. Yeddi oynaqlı qolun uzunluğu 17,6 metr, çəkisi isə təxminən 1 800 kq-dır. Sistem 116 000 kq-a qədər ağırlığında olan obyektləri idarə edə bilir.

"Canadarm2"nin missiyalarına pilotsuz yük gəmilərini tutmaq, yerləşdirmək, yük və avadanlıq daşımaq, stansiyanı yoxlamaq və kosmosa çıxışlar zamanı BKS heyətinə kömək etmək daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Canadarm2  


Bizi "telegram"da izləyin