Ordu.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
"Dərin dövlət"də ("Deep state", - red) (əməkdaşların -red) işdən çıxarılmasına başlanılıb", - mənbə bildirib.
"Deep state" dedikdə, ABŞ-dəki siyasi və iqtisadi proseslərə əhəmiyyətli təsir göstərən federal hökumət daxilində kölgədəki qruplar nəzərdə tutulur.
CNN-in məlumatına görə, Pultini Milli Kəşfiyyatın müvəqqəti direktoru təyin edərkən ABŞ Prezidenti Donald Tramp onun yüzlərlə insanı işdən çıxaracağını gözləyirdi.
Pulti ötən həftə gözləniləndən bir gün əvvəl yeni vəzifəsinə hesabat verib və bütün əməkdaşların siyahısını istəyib. Mənbə bildirib ki, ən çox ixtisar Terrorla Milli Mübarizə Mərkəzində və Əks-Kəşfiyyat və Təhlükəsizlik Milli Mərkəzində gözlənilir.
Ordu.az