İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırır

2026/04/1776863054.jpg
Oxunub: 266     03:18     23 İyun 2026    
İran ABŞ ilə danışıqlar və qarşılıqlı anlaşma dövründə hərbi hazırlığı gücləndirəcək.

Ordu.az IRIB-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən Sərdar Məcid İbn əl-Rza bəyan edib.

"İran Silahlı Qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir və hər hansı yeni təxribat olacağı təqdirdə, əvvəlkindən daha sərt cavab verəcək", - o bildirib.

Onun sözlərinə görə, İran eyni vaxtda həm danışıqlar aparmağa, həm də müqavimət göstərməyə hazırdır: "ABŞ-nin danışıqlar zamanı razılaşmaları pozacağı təqdirdə döyüş meydanında lazımi cavabı veriləcək.

Məhz bu cür davranışa görə biz danışıqlar və 60 günlük qarşılıqlı anlaşma dövrü ərzində bütün sahələrdə hərbi hazırlığımızı gücləndirdik və bunu davam etdirəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin