Qalibaf: "Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq"

2026/06/1780291150.jpg
Oxunub: 165     02:22     23 İyun 2026    
İran Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizəni dayandırmayacaq.

Ordu.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"İsveçrə danışıqlarına başladığımız vaxtdan etibarən düşmənin Livana qarşı hücumlarının dayandığını və insanların böyük qisminin evlərinə qayıtdığını gördük", - o bildirib.

Qalibaf əlavə edib ki, dördtərəfli danışıqlar üçün İsveçrəyə səfər hərbi mübarizənin davamıdır.

Onun sözlərinə görə, atəşkəs və müharibənin başa çatması mərhələsində problemlər yaranarsa, İran bunu həm raket hücumu ilə, həm də danışıqlarla həll edə bilər:

"Təbii ki, hamımız, həm silahlı qüvvələr, həm də diplomatiya aparatı davamlı olaraq bir-birimizlə əlaqədəyik. Mən özüm də diplomat deyiləm; bir döyüşçüyəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   Livan   İran  


Bizi "telegram"da izləyin