"Al-Hadath": Fransa İran əleyhinə sanksiyaların ləğvinə qarşıdır

2026/06/1782186538.jpg
Oxunub: 246     02:07     23 İyun 2026    
Fransanın təhlükəsizlik məsələləri ilə ziddiyyət təşkil edərsə, Paris İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına görə, Paris milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edərsə, İrana qarşı sanksiyaların ləğvinə qarşı çıxacaq.

Mənbə həmçinin qeyd edib ki, İranla ABŞ arasında əldə edilən razılaşma yalnız ilk addımdır və danışıqlar prosesinin sonrakı mərhələləri daha çətin olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran  


Bizi "telegram"da izləyin