Paşinyan parlament seçkilərində səs verib

2026/06/1780815925.jpg
Oxunub: 213     10:34     07 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.

Ordu.az-ın məlumatına görə, Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gəlib.

Qeyd edək ki, parlament seçkilərində on səkkiz siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir. Ölkə üzrə 2 000-dən çox seçki məntəqəsi açılıb.

Partiyalar üçün seçki həddi 4 %, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 %, dörd və ya daha çox partiyadan ibarət birliklər üçün isə 10 % təşkil edir. Qanunla minimum seçici fəallığı həddi nəzərdə tutulmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Seçki  


Bizi "telegram"da izləyin