Sarkisyan: “Hansı silah daha müasir və güclüdür: nümayiş etdirilən, yoxsa “İsgəndər”?”

2026/06/1780836152.jpg
Oxunub: 250     16:32     07 İyun 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakimiyyətin son hərbi paradda nümayiş etdirdiyi silahlarla bağlı şübhələrini ifadə edib.

Ordu.az xəbər verir ki, Sarkisyan bu barədə parlament seçkilərində səs verdikdən sonra jurnalistlərlə söhbətində danışıb.

Keçmiş erməni prezidentdən Baş nazir Nikol Paşinyanın vaxtilə Ermənistan ordusunun arsenalında olan silahlarla bağlı mənfi fikirlərinə münasibət bildirməsi istənilib.

“Onun 2020-ci ildə, müharibədən əvvəl dediklərini eşitmisinizmi? O deyirdi ki, Ermənistan ordusu regionda həlledici qüvvədir. Əgər silahlar “metal qırıntısı” idisə, necə olur ki, həmin ordu “həlledici qüvvə” sayılırdı?”, - deyə Sarkisyan bildirib.

O vurğulayıb ki, silah nümayiş etdirmək üçün deyil, döyüşmək üçündür.

“Çox danışanlar bu silahlarla neçə döyüş keçiriblər? Sıfır. Nümayiş etdirdikləri silahlardan nə qədər alındığını sizlərdən kim deyə bilər? Bunu da bilmirsiniz. Yaxud hansı silah daha müasir və güclüdür, nümayiş etdirilənlər, yoxsa “İsgəndər”? Aydındır ki, bu, parad deyil, Müdafiə Nazirliyinə ayrıldığı iddia edilən nəhəng vəsaitləri əsaslandırmaq üçün təşkil olunmuş nümayişdir”, - deyə Sarkisyan qeyd edib.

Keçmiş erməni prezident əlavə edib ki, hakimiyyət dəyişdikdən sonra hər şey araşdırılacaq və həqiqətlər üzə çıxacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin