Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədi David Qaziniyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, blok özü qarşıdurma istəmir, lakin bütün mümkün ssenarilərə hazırdır.
“Bizim gücümüz hətta hazırda da, təzyiqlər şəraitində möhkəm dayanır. Əgər hakimiyyət hansısa addımlar atmaq qərarına gəlsə, biz bütün ssenarilərə, o cümlədən seçkilərdən sonra sözün əsl mənasında hazırıq”, - deyə Qaziniyan bildirib.
O əminlik ifadə edib ki, ölkədə xaos yaranacağı halda “Güclü Ermənistan” bloku vəziyyətə nəzarət edə biləcək.
Qaziniyanın fikrincə, Paşinyan 2008-ci il martın 1-də baş verən hadisələrə bənzər bir vəziyyət yaratmaq istəyir.
“Bizim siyasi qüvvə geri çəkilməyəcək və Konstitusiya çərçivəsində hər bir səsi dişimizlə qoruyacağıq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az