Ordu.az xəbər verir ki, bu barədə Sarkisyan səsvermədən sonra jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, indiyədək 10-dan çox seçkidə iştirak edib, lakin belə müdaxilə görməyib.
“Dövlət resurslarından və imkanlarından görünməmiş şəkildə istifadə olunur. Hər şeyi gözlərini yumaraq paylayırlar”, - deyə keçmiş prezident bildirib.
Avropalı müşahidəçilərin fəallıq göstərəcəyi ilə bağlı suala cavabında Sarkisyan bunun baş verməyəcəyini deyib.
“Olmayacaq. Onlar gözlərini yumdular, çünki rəhbərlərinin konkret məqsədləri var və bu məqsədlərə çatmaq üçün açıq şəkildə, heç nəyi gizlətmədən, ən yüksək səviyyədə böyük səylər göstəriblər”, - deyə Sarkisyan bildirib.
Paşinyanın seçkilərdə məğlub olacağı halda hakimiyyəti sarsıntısız şəkildə təhvil verib-verməyəcəyi ilə bağlı suala cavabında isə Sarkisyan onunla heç vaxt yaxın ünsiyyətdə olmadığını vurğulayıb.
“Onunla heç vaxt bir neçə kəlmə belə danışmamışam. Amma müxalifət qalib gəlsə, heç kim onların səslərini əlindən ala bilməz”, - deyə keçmiş erməni prezident qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az