Ordu.az Belçika-Azərbaycan Ticarət Palatasına (BELGAZERCOM) istinadən xəbər verir ki, səfər 28 sentyabr - 1 oktyabr tarixlərinə planlaşdırılır.
Səfər çərçivəsində müvafiq yerli tərəfdaşlar, dövlət strukturları və idarələrinin nümayəndələri ilə fərdi qaydada təşkil olunmuş görüşlər, habelə Belçikanın Bakıdakı səfirliyində rəsmi qəbul nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlki ticarət missiyası 2025-ci ilin 16-19 fevral tarixlərində təşkil edilmişdi.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında iki ölkə arasında qarşılıqlı ticarətin həcmi il ərzində 27,73 % və ya 7,621 milyon ABŞ dolları artaraq 35,108 milyon ABŞ dollarına çatıb.
Ordu.az