“Sekiz Altmış Teknoloji” Nigeriyada PUA və radioelektron mübarizə istehsalını yerliləşdirəcək

2026/06/1781725649.jpg
Oxunub: 210     23:38     17 İyun 2026    
Türkiyənin müdafiə texnologiyaları şirkəti “Sekiz Altmış Teknoloji” ilə Nigeriyanın “Nigus Tactical Systems Limited” şirkəti arasında strateji əməkdaşlıq sazişi imzalanıb.

Ordu.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində Nigeriyada taktiki kəşfiyyat, müşahidə və hədəf aşkarlama məqsədli Pilotsuz Uçuş Aparatlarınnı (PUA), radioelektron mübarizə sistemlərinin və PUA əleyhinə həllərin yerli istehsalının təşkil edilməsi planlaşdırılır.

İstanbul və Abuca şəhərlərində elan olunan tərəfdaşlıq Nigeriya və bütövlükdə Qərbi Afrikada qabaqcıl insansız sistemlər və radioelektron mübarizə imkanlarının inkişafına yönəlib.

Layihə çərçivəsində hərbi, daxili təhlükəsizlik, mülki müdafiə və kritik infrastrukturun mühafizəsi tapşırıqlarında istifadə olunacaq taktiki kəşfiyyat, müşahidə və hədəf aşkarlama PUA-larının yerli istehsalı, qabaqcıl PUA aşkarlama sistemləri, radioelektron mübarizə həlləri, maneəyaratma texnologiyaları və inteqrasiya edilmiş PUA əleyhinə sistemlərin hazırlanması nəzərdə tutulur.

Ənənəvi ixrac modelindən fərqli olaraq uzunmüddətli sənaye əməkdaşlığı prinsipi üzərində qurulan tərəfdaşlıq texnologiya transferi, kadr hazırlığı, yerli montaj və istehsal, texniki xidmət və gələcək tədqiqat-inkişaf fəaliyyətlərini əhatə edir.

Tərəflər Nigeriyada həm ölkənin ehtiyaclarına, həm də Qərbi Afrika bazarına xidmət göstərəcək qabaqcıl təhlükəsizlik texnologiyaları üzrə regional mükəmməllik mərkəzi yaratmağı hədəfləyirlər.

Əməkdaşlığın əsas istiqamətlərinə taktiki kəşfiyyat, müşahidə və hədəf aşkarlama PUA-larının istehsalı və inteqrasiyası, qabaqcıl PUA aşkarlama və radioelektron mübarizə sistemləri, PUA əleyhinə maneəyaratma texnologiyaları, texnologiya transferi, mühəndislik proqramları, kadr hazırlığı və sertifikatlaşdırma fəaliyyətləri daxildir.

“Sekiz Altmış Teknoloji”nin nümayəndəsi bildirib ki, Türkiyə insansız sistemlər, radioelektron mübarizə və PUA əleyhinə texnologiyalar sahəsində qlobal miqyasda özünü təsdiqləyib.

Onun sözlərinə görə, “Nigus Tactical Systems” və “Nigus International” ilə qurulan tərəfdaşlıq Afrika qitəsində yerli sənaye və texnoloji imkanların inkişafına töhfə verəcək.

Məlumata görə, layihə çərçivəsində hazırlanacaq texnologiyalar yalnız müdafiə sahəsində deyil, həmçinin kritik infrastrukturun qorunması, hava limanlarının təhlükəsizliyi, enerji obyektlərinin mühafizəsi, dəniz müşahidəsi, sərhəd təhlükəsizliyi, fövqəladə hallara reaksiya və sənaye təhlükəsizliyi əməliyyatlarında da istifadə olunacaq.

Bundan əlavə, süni zəka, avtonom sistemlər, qabaqcıl sensorlar və məlumat əsaslı situasiya məlumatlılığı texnologiyalarının inteqrasiyası üzərində də iş aparılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sekiz-Altmış-Teknoloj   Nigeriya   PUA  


Bizi "telegram"da izləyin