İsveçrə ABŞ və İran arasında danışıqların məxfi formatını qoruyur

2026/06/1781785599.jpg
Oxunub: 200     18:37     20 İyun 2026    
İsveçrə ABŞ və İran arasında aparılan məxfi danışıqlar üçün Bürgenştokda platforma təqdim etməyə davam etdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İsveçrə rəsmiləri bildiriblər ki, ölkə tərəflər arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün “etibarlı və təmkinli mühit” təmin edir.

İsveçrənin Federal Xarici İşlər Departamentinin açıqlamasında qeyd olunub ki, ölkə neytral vasitəçi qismində çıxış edərək proses üçün zəruri təşkilati və diplomatik şəraiti yaradır. Bununla belə, məxfilik prinsiplərinə sadiq qalaraq iştirakçılar və müzakirələrin məzmunu barədə heç bir detal açıqlanmır.

Daha əvvəl Bürgenştokun ABŞ və İran arasında əldə olunmuş razılaşmaların ilkin mərhələlərinin icrası üçün məkan seçildiyi bildirilmişdi. Bundan sonra həmin razılaşmaların yerinə yetirilməsinə dair texniki danışıqların başlanacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   ABŞ   İran  


Bizi "telegram"da izləyin