Livanın cənubunda İsrail zərbələri nəticəsində 16 nəfər ölüb

2025/10/1760155380.jpg
Oxunub: 227     18:25     20 İyun 2026    
Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsinə endirilən İsrail zərbələri nəticəsində azı 16 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə NNA agentliyi məlumat yayıb.

Livanın Mülki Müdafiə Xidməti bildirib ki, hücum nəticəsində bölgədə ciddi insan itkisi qeydə alınıb. Bundan əvvəl ölkənin digər ərazilərinə də zərbələrin endirildiyi barədə məlumatlar yayılmışdı.

Məlumata görə, Livanın şərqində yerləşən Bəkaa vadisində bir nəfər həlak olub. Ölkənin cənubundakı Tir bölgəsində isə ölənlərin sayı beş nəfərə çatıb.

Hadisənin təfərrüatları araşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin