Naim Qasım: “Hizbullah” müqavimət kursuna sadiq qalır”

2026/06/1781892296.jpg
Oxunub: 228     22:02     19 İyun 2026    
“Hizbullah” təşkilatının baş katibi Naim Qasım İsrail ilə “Hizbullah” arasında atəşkəs rejiminin qüvvəyə minməsi ilə bağlı məlumatlardan bir neçə saat sonra çıxış edib.

Ordu.az xəbər verir ki, Qasım Beyrutun cənub ətrafında yerləşən Dahiya bölgəsindəki Seyid əl-Şühəda kompleksində keçirilən Aşura Mərkəzi Şurasının mərasimində iştirak edib.

Çıxışı zamanı o bildirib ki, “Hizbullah” müqavimət və “işğal olunmuş torpaqların azad edilməsi” prinsiplərinə sadiq qalmağa davam edir. Bununla yanaşı, təşkilatın Livan Konstitusiyası və Taif sazişi çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb.

Naim Qasım qeyd edib ki, “Hizbullah” xarici hökmranlığı, işğalı və siyasi asılılığı rədd edir. Onun sözlərinə görə, təşkilatın fəaliyyəti ədalətsizlik və xarici müdaxilə kimi qiymətləndirdiyi hallara qarşı daha geniş mübarizənin tərkib hissəsidir.

O əlavə edib ki, işğalın rədd edilməsinə yönəlmiş hər bir addım qələbə hesab olunur.

“Düşmən bizə silahla hücum etdikdə, biz də ona silahla cavab veririk”, - deyə Qasım bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naim-Qasım   Hizbullah  


Bizi "telegram"da izləyin