“Gürcüstanın hüquq-mühafizə orqanlarının qiymət verməsini gözləyirik” - Zaxarova

2026/05/1779979241.jpg
Oxunub: 248     21:11     19 İyun 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tbilisidə Rus Dili Gününün keçirilməsinə mane olmaq cəhdinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, tədbirin pozulmasına cəhd edən şəxslərin hərəkətlərinə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilməlidir.

Zaxarova bildirib ki, həmin gün Batumidə gürcü məktəblərinin şagird və müəllimlərinin iştirakı ilə analoji tədbir keçirilib və heç bir insident qeydə alınmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Gürcüstanın hüquq-mühafizə orqanlarının baş verən hadisə ilə bağlı nəticə çıxarmasını və radikalların hərəkətlərinə müvafiq qiymət verməsini gözləyirlər.

O əlavə edib ki, hadisədə iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması vacibdir. Zaxarova çıxışında bu şəxslərin rus ədəbiyyatı və mədəniyyəti haqqında daha çox məlumatlandırılmasının da faydalı ola biləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Gürcüstan  


Bizi "telegram"da izləyin