Ordu.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, nazirlər şəxsi görüşlər zamanı Starmerə siyasi dövrünün sona çatdığını deyir və hakimiyyətin nizamlı şəkildə təhvil verilməsi üçün plan hazırlamağa çağırırlar.
Məlumata əsasən, enerji naziri Ed Miliband və daxili işlər naziri Şabana Mahmud da oxşar mövqe nümayiş etdiriblər.
Qeyd olunur ki, Kir Starmer yaxın günlərdə nazirlər və parlament üzvləri ilə görüşlər, eləcə də telefon danışıqları keçirməyi planlaşdırır. Məqsəd onun baş nazir vəzifəsində qalmasına dəstəyi qoruyub saxlamaqdır.
Sevinc Əliyeva
Ordu.az