Ordu.az xəbər verir ki, yeni qanun geriyə qüvvəyə malikdir və keçmiş hökumət başçısı Viktor Orbanı yenidən bu vəzifəni tutmaq imkanından məhrum edir.
Prezident Administrasiyasından bildirilib ki, dəyişiklik bütün konstitusion prosedurlara uyğun şəkildə qəbul olunduğundan sənədin parlamentə qaytarılması və ya Konstitusiya Məhkəməsinə göndərilməsi üçün heç bir əsas olmayıb.
Yeni qaydalara əsasən, ümumilikdə səkkiz il və ya daha artıq müddətdə baş nazir olmuş şəxs, hətta bu müddətlər fasilələrlə davam etsə belə, yenidən həmin vəzifəyə seçilə bilməz. Eyni zamanda məhdudiyyət hazırkı hökumət rəhbərinin qüvvədə olan səlahiyyət müddətinə şamil edilmir və yalnız gələcək təyinatlara tətbiq olunur.
Dəyişiklik 1990-cı ildən etibarən vəzifədə olmuş bütün baş nazirlərə, o cümlədən 1998-2002-ci illərdə və daha sonra 2010-cu ildən 2026-cı ilə qədər hökumətə rəhbərlik etmiş Viktor Orbana da aid edilir.
Dəyişikliklərin təşəbbüskarı parlament seçkilərində qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyarın formalaşdırdığı yeni hökumətdir. Qanun layihəsini partiyanın parlament çoxluğu dəstəkləyib, FIDES partiyasının deputatları və onların müttəfiqləri isə sənədin əleyhinə səs veriblər.
Dəyişiklik tərəfdarları bunun hakimiyyət dəyişikliyini təmin etmək və demokratik prinsipləri qorumaq üçün vacib olduğunu bildirirlər. FIDES nümayəndələri isə qanunu siyasi motivli hesab edir, onun birbaşa Viktor Orbana qarşı yönəldiyini bildirərək “antidemokratik” və qanun qarşısında bərabərlik prinsipinə zidd addım adlandırırlar.
Sevinc Əliyeva
Ordu.az