Fitso: "Aİ-nin genişlənməsi prosesində prioritet Serbiya, Monteneqro və Albaniyaya verilməlidir"

2024/05/1715929501.jpg
Oxunub: 201     18:13     19 İyun 2026    
Slovakiya Ukraynanın Avropa perspektivini dəstəkləyir, lakin bu prossesi uzunmüddətli hesab edir və onun Avropa İttifaqına (Aİ) daxil olması üzrə bütün sürətləndirilmiş prosedurlara qarşı çıxır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə keçirilən brifinqdə bildirib.

Fitso bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə bir çox liderlər müəyyən məsələlər üzrə ciddi fikir ayrılıqlarının olduğunu təsdiqləsələr də, dialoqu davam etdirmək və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Slovakiya Baş nazirinin sözlərinə görə, hazırda Aİ-nin genişlənməsi prosesində prioritet Serbiya, Monteneqro və Albaniyaya verilməlidir. Onun fikrincə, adları çəkilən ölkələr ittifaqa üzv olmaq üçün daha hazırlıqlıdırlar.

Fitso həmçinin Aİ Şurasının nümayəndələri ilə Rusiya arasında əlaqə kanalının yaranmasını alqışlayaraq vurğulayıb ki, riskləri azaltmaq və insidentlərin qarşısını almaq üçün Moskva ilə kommunikasiya zəruridir.

O qeyd edib ki, Slovakiya Ukrayna və Rusiya arasında atəşkəsi və ya dayanıqlı sülhü yaxınlaşdıra biləcək istənilən təşəbbüsləri dəstəkləməyə hazırdır.

"Mən danışıqlara və dialoqa üstünlük verirəm", - o bildirib və əlavə edib ki, Ukrayna münaqişəsinin hərbi yolla həllinə inanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fitso     Slovakiya  


Bizi "telegram"da izləyin