Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Ordu xidməti protokola uyğun olaraq hava hücumu sirenlərinin işə salınmadığını vurğulayıb. Həmçinin bildirilib ki, bir neçə insidentdə "Hizbullah" yaraqlıları Livanın cənubunda İsrail qüvvələrinə qarşı tank əleyhinə raket və minaatan mərmilərindən istifadə ediblər, itki olmayıb.
Həmçinin qeyd edilib ki, gün ərzində hərbi qulluqçuların nəqliyyat vasitələrinə yaxınlaşan və birbaşa təhlükə yaradan qrupları müəyyən etdiyi dörd ayrı hadisə qeydə alınıb. Daha sonra İsrail Hərbi Hava Qüvvələri təhdidləri neytrallaşdırmaq üçün "dəqiq zərbələr" həyata keçirib.
Ordu.az