Sobyanin: "Moskvanın neft emalı zavodu PUA hücumuna məruz qalıb" (YENİLƏNİB)

2026/03/1773658861.jpg
Oxunub: 300     10:05     16 İyun 2026    
Moskvaya davam edən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində Moskva Neft Emalı Zavodunun (NEZ) obyektlərindən biri zədələnib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin bildirib.

"Moskvaya pilotsuz uçuş aparatlarının hücumu davam edir. Dronlardan biri Moskva NEZ-in obyektini zədələyib. Xəsarət alan yoxdur", - o vurğulayıb.

Hadisə yerində təcili xidmətlər çalışır.

***

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri sutka ərzində Moskva yaxınlığında 60-a qədər pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, qalıqların düşdüyü yerdə xüsusi xidmət orqanları çalışır.

"Rosaviasiya"nın məlumatlarına görə, səhər saatlarından Moskvanın "Vnukovo" hava limanı təyyarələri nə qəbul edir, nə də yola salır, "Domodedovo" hava limanı müvəqqəti olaraq işləmir. "Şeremetyevo" uçuşlara razılaşma əsasında xidmət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   PUA  


Bizi "telegram"da izləyin