Ordu.az xəbər verir ki, Tramp yayımladığı paylaşımda bu barədə yayılan məlumatları təkzib edib.
“İran heç vaxt nüvə silahına malik olmamağa razılaşıb. Bundan əlavə, ABŞ-nin İrana 300 milyon dollar ödədiyi barədə yayılan məlumat demokratların yaydığı saxta xəbərdir!!!”, - deyə Tramp yazıb.
ABŞ Prezidenti, ehtimal ki, bəzi media orqanlarında yer alan və İranın qarşılıqlı anlaşma memorandumu çərçivəsində bərpa işləri üçün nəzərdə tutulmuş 300 milyard dollarlıq vəsaitə çıxış əldə edə biləcəyi barədə məlumatları nəzərdə tutub.
Xüsusilə, “Financial Times” nəşri xəbər vermişdi ki, Tramp administrasiyası İran üçün nəzərdə tutulmuş 300 milyard dollarlıq fondun hökumətlər deyil, ölkəyə investisiya yatırmaq istəyən özəl şirkətlər vasitəsilə maliyyələşdirilməsini təklif edib.
“Financial Times” mənbəyə istinadən yazır ki, İranın həmin fonda çıxışı yeni razılaşmanın şərtlərinə əməl olunmasından asılı olacaq. Fondun ölkənin bərpası və modernləşdirilməsi səylərinə dəstək verməsi nəzərdə tutulur.
Rəsmilər bildiriblər ki, Avropada, Asiyada, o cümlədən Yaponiya və Cənubi Koreyada, həmçinin ABŞ-də biznes dairələri tərəfindən bu təşəbbüsə maraq göstərilir.
Sevinc Əliyeva
Ordu.az