Çexiya Avropa İttifaqının SAFE müdafiə kredit proqramında iştirakını təsdiqləyib

2025/12/1764998209.jpg
Oxunub: 197     22:26     15 İyun 2026    
Çexiya hökuməti müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə yönəlmiş Avropa İttifaqının SAFE kredit proqramında iştirakını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ČTK agentliyi məlumat yayıb.

Məlumata görə, Çexiya proqram çərçivəsində təxminən 2,06 milyard avro vəsait alacaq.

Bu vəsaitin Almaniyanın “Leopard 2A8” tanklarının və Çexiya istehsalı olan “Tatra T-815” yüksək keçid qabiliyyətli yük avtomobillərinin alınmasına yönəldilməsi planlaşdırılır.

Maliyyənin bir hissəsi müdafiə məqsədləri üçün istifadə oluna biləcək sürətli avtomobil magistralının tikintisinə də sərf ediləcək.

Daha əvvəl Avropa Komissiyası Çexiyanın kreditdən istifadə planını təsdiqləmişdi.

Hazırda SAFE proqramında Avropa İttifaqına üzv 19 ölkə iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   SAFE    


Bizi "telegram"da izləyin