Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan və İsveç arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
“Görüş zamanı həm ikitərəfli gündəlikdə duran məsələlər, həm də Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı İsveçin Ermənistanda həyata keçirilən demokratik islahatlara və iqtisadi dayanıqlığın gücləndirilməsinə verdiyi dəstək məsələlərinə də toxunulub. Həmsöhbətlər regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az