İran ABŞ ilə əldə olunan anlaşmanın icra olunacağına tam inanmır

2026/05/1777637028.jpg
Oxunub: 208     21:49     15 İyun 2026    
İran ABŞ ilə əldə olunan anlaşmanın icra olunacağına tam inanmır.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya müsahibəsində deyib.

O bunu öhdəliklərin pozulması təcrübəsi ilə izah edib. "Bizim öhdəliklərin pozulması və razılaşmaların ləğv edilməsi təcrübəmiz var", - Əraqçi bildirib və əlavə edib ki, buna görə də əldə olunmuş razılaşmaların icrasını inamsızlıq və keçmiş təcrübədən çıxış edərək qururuq.

Onun sözlərinə görə, hazırda İran üçün iqtisadi imkanlar yaratmaq istiqamətində iş görülür: "Təbii ki, xarici siyasətdə biz heç bir imkanı əldən vermirik, lakin heç birinə də böyük ümidlər bağlamırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin