Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

2025/11/1763122520.jpg
Oxunub: 192     20:52     15 İyun 2026    
Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb.

Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanıb və Komitəyə üzv seçilib.

BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən qurumdur. Komitə 18 müstəqil ekspertdən ibarət olmaqla, Pakta tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir və beynəlxalq insan hüquqları hüququnun inkişafında mühüm rol oynayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BMT  


Bizi "telegram"da izləyin