Kamran Əliyev Qarsda səfərdədir

2026/06/1781540660.jpg
Oxunub: 204     20:16     15 İyun 2026    
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, K. Əliyev və M. Şentürk Baş Konsulluqda da olublar.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamran-Əliyev   Qars  


Bizi "telegram"da izləyin