Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib

2026/06/1781535528.jpg
Oxunub: 223     18:51     15 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Kipr məsələsi üzrə şəxsi nümayəndəsi (Kolumbiyanın keçmiş xarici işlər naziri) Mariya Angela Holqin Kuelyarı Ankarada qəbul edib və Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

"Görüşdə Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilərək, şəxsi nümayəndənin ötən həftə adadakı iki liderlə həyata keçirdiyi təmaslar müzakirə edilib", - məlumatda bildirilib.

H. Fidan Türkiyənin Kipr məsələsində ən real həllin adadakı iki dövlətin yanaşı mövcudluğuna inandığını vurğulayıb.

O, Kiprin türk əhalisinin ayrılmaz hüquqları olan suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanımayan yanaşmaların nəticə verməyəcəyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kipr   Türkiyə  


Bizi "telegram"da izləyin