Abbas Əraqçi: "Regionun təhlükəsizliyi İransız qurula bilməz"

2026/03/1773660373.jpg
Oxunub: 214     16:21     14 İyun 2026    
Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə görüşdə deyib.

"Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz", - Əraqçi bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin