Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında yayılan məlumatda bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında qeyd olunub ki, hücum İsrail ərazisinə doğru Pilotsuz Uçuş Aparatlarının (PUA) buraxılmasına cavab olaraq həyata keçirilib.
İsrail tərəfinin məlumatına görə, bir gün əvvəl “Hizbullah” hərəkatı ölkənin şimal bölgələrinə doğru bir neçə PUA buraxıb.
Bildirilib ki, hücum nəticəsində xəsarət alan olmayıb.
Eyni zamanda vurğulanıb ki, qarşılıqlı zərbələrin davam etməsi səbəbindən bölgədə vəziyyət gərgin olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az