Ordu.az xəbər verir ki, bu barədə Hersoq “X” sosial şəbəkəsində paylaşım edib.
İsrail lideri bildirib ki, ölkə xalqı Trampın liderliyinə və regional təhlükəsizlik məsələlərində nümayiş etdirdiyi mövqeyə görə ona minnətdardır.
“İsrail xalqı İranın şər imperiyasına qarşı mübarizədə göstərdiyiniz liderliyə, eləcə də İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyinizə görə sizə minnətdardır”, - deyə Hersoq yazıb.
O əlavə edib ki, “Ağ Evə aparan diqqətəlayiq yolunuz Amerika arzularının genişliyini əks etdirir”. Hersoq Trampa israilli girovların azad olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
İsrail Prezidenti ümid etdiyini bildirib ki, Tramp Yaxın Şərqdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin ABŞ ilə İsrail arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az