Ermənistanda sürücü Rusiya səfirliyinin avtobusuna çırpılıb

2026/06/1781421983.jpg
Oxunub: 330     11:25     14 İyun 2026    
İrəvanda 38 yaşlı sürücünün idarə etdiyi “Tesla” markalı avtomobil Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında dayanmış avtobusa çırpılıb.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hadisə iyunun 14-də, saat 04:00 radələrəndə paytaxtın Qriqor Lusavoriç küçəsində baş verib.

İrəvan sakini İvan S. idarə etdiyi avtomobillə Ermənistan ərazisində fəaliyyət göstərən Rusiya səfirliyinin qarşısında park edilmiş avtobusa çırpılıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Erməni sürücü tibbi müayinədən keçirilib və onun sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin