İran XİN başçısının müavini 12 günlük müharibənin nəticələrini dəyərləndirib

2026/06/1781421884.jpg
Oxunub: 257     11:19     14 İyun 2026    
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi 12 günlük müharibənin birinci ildönümü ilə bağlı bəyanatla çıxış edərək münaqişənin və sonrakı dövrün nəticələrini qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qaribabadi bildirib ki, İran nə məğlub olub, nə də mövqelərini zəiflədib.

“İran məğlub olmayıb, geri çəkilməyib və onun iradəsi zəifləməyib. Əksinə, o, rəqibləri üzərində parlaq qələbələr qazanıb”, - deyə İran rəsmisi bildirib.

O, müraciətində münaqişədən sonra İranın daha sabit və özünəinamlı dövlətə çevrildiyini də vurğulayıb.

Diplomat İsrailin fəaliyyətini zorakılıq və eskalasiyaya əsaslanan siyasət kimi qiymətləndirdiyini bildirib. O, həlak olmuş hərbçilərin və alimlərin rolunu xüsusi qeyd edərək onların fədakarlığını ölkənin möhkəmlənməsinin vacib amillərindən biri adlandırıb.

İran XİN rəhbərinin müavininin sözlərinə görə, ötən ilin əsas nəticəsi milli qətiyyətin və dövlət həmrəyliyinin daha da güclənməsi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qaribabadi  


Bizi "telegram"da izləyin