Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Hərəkatın sosial şəbəkələrdə yaydığı açıqlamada bildirilib ki, ilk dəfə olaraq İsrail ordusuna məxsus “Heron 1” tipli PUA məhv edilib.
Məlumata görə, hava hədəfi Nahlə bölgəsi üzərində uçuş həyata keçirərkən raket zərbəsi ilə vurulub.
“Hizbullah”ın açıqlamasında qeyd olunub ki, sözügedən PUA İsrail Silahlı Qüvvələrinə məxsus olub və əməliyyat zamanı uğurla zərərsizləşdirilib.
Sevinc Əliyeva
Ordu.az