Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Lapidin fikrincə, nəzərdə tutulan saziş İsrail tərəfinin əsas hədəflərinin həyata keçirilməsini təmin etmir.
“Rejim qalır, raket proqramı toxunulmaz vəziyyətdə qalır və İran öz nüvə proqramını bərpa etmək imkanını saxlayır”, - deyə Lapid “X” sosial şəbəkəsində yazıb.
O, yaranmış vəziyyəti İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətinin “tam uğursuzluğu” kimi qiymətləndirib.
Lapid bildirib ki, belə bir siyasət İsrailin milli təhlükəsizlik məsələlərində kənardan göstəriş alan “protektorat” vəziyyətinə düşməsi ilə nəticələnə bilər.
Müxalifət lideri İsrail hökumətini tənqid edərək qeyd edib ki, hakimiyyət hərbi uğurları uzunmüddətli strateji nəticələrə çevirə bilmir.
Sevinc Əliyeva
Ordu.az