Ordu.az xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, bu səbəbdən bütün vətəndaşlar iyunun 14-də saat 17:30-da seçkilərin nəticələrinin yekunlaşdırılacağı Mərkəzi Seçki Komissiyasının binası qarşısına toplaşmağa çağırılır.
“Bütün müxalif tərəfdaşlarımızı, ictimai-siyasi dairələrin nümayəndələrini, fəal və həssas vətəndaşlarımızı ədalət naminə vahid cəbhədə mübarizə aparmağa çağırırıq. Bu, bir partiyanın maraqları uğrunda deyil, ədalət uğrunda mübarizədir. Bu, seçicinin hüquqlarının bərpası və hamımızın sabahı uğrunda mübarizədir”, - deyə bəyanatda vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az